“Barselona”nın hücumçusu Robert Levandovski Türkiyəyə yollana bilər.
İdmanxeber.az xəbər verir ki, “Fənərbağça” 37 yaşlı polşalı forvardı transfer etməkdə maraqlıdır və artıq onun agenti ilə danışıqlara başlayıb.
İstanbul klubu Levandovskiyə 1 illik müqavilə təklif etsə də, futbolçu ən azı 2,5 illik sözləşmə istəyir.
Levandovskinin “Barselona” ilə müqaviləsi yayda başa çatır.

