19 İyun 2026
Dünya futbolu

“Fənərbağça” niderlandlı futbolçunu istəyir

“Fənərbağça” heyətini gücləndirmək üçün “Samsunspor”un hücumçusu Antoni Musabanı transfer hədəfinə alıb.

İdmanxeber.az-ınməlumatına görə, İstanbul klubu 24 yaşlı niderlandlı futbolçunu uzun müddətdir izləyir və qışda rəsmi təklif göndərməyə hazırlaşır. “Samsunspor” isə Musabanın gedişi üçün münasib təklif gözləyir.

Musaba bu mövsüm Super Liqada 15 oyunda 4 qol və 3 asistlə çıxış edib. Onun transfer dəyəri 1,5 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43