“Barselona”nın hücumçusu Robert Levandovski Avropanın top-5 liqalarında 30 yaşdan sonra ən çox qol vuran futbolçu kimi yeni rekorda imza atıb.
İdmanxeber.az-ın məlumatına görə, bu ay 3 dəfə fərqlənən polşalı forvardın ümumi sayı 209 qola yüksəlib. 37 yaşlı Levandovski bu qolların 132-ni “Bavariya” ilə Bundesliqada, 77-ni isə “Barselona” ilə La Liqada vurub.
O, bu göstərici ilə Kriştianu Ronaldonu geridə qoyub. Ronaldo 30 yaşdan sonra top-5 liqalarda ümumilikdə 206 qol vurmuşdu.

