18 İyun 2026
Dünya futbolu

Premyer Liqa nəhəngi müdafiəçi üçün hərəkətə keçib

“Çelsi” qış transfer pəncərəsində müdafiə xəttini gücləndirmək üçün Murillonu əsas namizəd kimi müəyyənləşdirib.

İdmanxeber.az xəbər verir ki, London klubu “Nottingem Forest”in 23 yaşlı braziliyalı stoperi üçün rəsmi addım atmağa hazırlaşır. Premyer Liqada göstərdiyi oyunla diqqət çəkən Murillonun “Çelsi”yə keçidə müsbət yanaşdığı bildirilir.

Transferin maliyyə dəyərinin 30–40 milyon avro arasında ola biləcəyi iddia olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43