İspaniya La Liqasında noyabr ayının ən yaxşı baş məşqçisi açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, bu ada “Vilyarreal”ın çalışdırıcısı Marselino Qarsiya Toral layiq görülüb. O, ötən ay Dieqo Simeone (“Atletiko”) və Hans Fliki (“Barselona”)ni qabaqlayaraq mükafata sahib çıxıb.
“Vilyarreal” noyabrda La Liqada keçirdiyi 4 oyunun hamısını qazanıb və 13 turdan sonra 32 xalla 3-cü pillədə qərarlaşıb.

