Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qəbələ” doğma meydanda “Şəfa” ilə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itki ilə çıxacaq. Ev sahibi klubda cəzalı oyunçu yoxdur.
Yalnız bir oyunçu zədə səbəbindən “Şəfa”ya qarşı oynamayacaq ki, o da fransalı yarımmüdafiəçi Jondo Fuksdur.
Bakı təmsilçisində isə zədəli Aqil Nəsibov, Ədilxan Qaraəhmədov, Əlirza Müştəbazadə və cəzalı Elvin Nəsibov meydana çıxa bilməyəcək.
Qeyd edək ki, “Qəbələ” – “Şəfa” görüşü dekabrın 4-də keçiriləcək. Matçın start fiti 15:00-da səsləndiriləcək.

