05 İyun 2026
Dünya futbolu

Türkiyə klubu Sörlotla danışıqlara başlayır

“Atletiko”nun hücumçusu Aleksander Sörlotun Türkiyə Super Liqasına keçidi gündəmdədir.

İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça” futbolçunun xidmətində maraqlıdır. Tərəflər gələn həftə danışıqlara başlaya bilər.

 Türkiyə klubu Madrid təmsilçisi qışda yeni hücumçu alsa, Sörlot üçün rəsmi təklif göndərəcək.

Norveçli forvardın da oyun praktikasının azlığı səbəbindən komandadan ayrılmağa müsbət yanaşdığı bildirilir.

Onun “Atletiko” ilə müqaviləsi 2028-ci ilə qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43