Premyer Liqa təmsilçisi “İmişli” klubu qışda heyətini yeni futbolçularla gücləndirmək niyyətindədir.
İdmanxeber.az-a verilən məlumata görə, baş məşqçi Jorj Kaşkilya rəhbərlikdən azı iki futbolçu tələb edib. Portuqaliyalı mütəxəssis yarımmüdafiəçi və sağ vinger axtarır.
O, bu mövqelərə transfer edilməsini tələb edib. Bölgə təmsilçisinin oyunçu axtarışları isə davam edir. Rəhbərlik də heyəti gücləndirmək niyyətindədir.
Yeni futbolçuların legioner olacağı bildirilir.
Xatırladaq ki, İmişli klubu hazırda 15 xalla 8-ci pillədədir.

