15 İyun 2026
Ölkə futbolu

“Zirə” – “Qarabağ” matçına doğru: İki tərəfdə ciddi itkilər

Misli Premyer Liqasının XIV turunda “Zirə” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. Ağdam klubunda Abbas Hüseynov, Şahruddin Məhəmmədliyev və Kadi Borges zədə səbəbindən meydana çıxmayacaq.

“Zirə”də isə zədəli David Volkovla yanaşı, cəzalı Ayron Qomis matçda iştirak etməyəcək.

“Zirə” – “Qarabağ” görüşü bu gün saat 17:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43