“Real”ın hücumçusu Kilian Mbappe noyabr ayının ən yaxşı futbolçusu seçilib.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı forvard azarkeşlərin səsverməsində Tibo Kurtua, Eder Militao, Vinisius Junior və Arda Güləri geridə qoyub.
Mbappe noyabrda keçirdiyi 6 oyunda 7 qol və 1 məhsuldar ötürmə ilə diqqət çəkib.
“Real” La Liqada 15 turdan sonra 36 xalla 2-ci pillədə qərarlaşıb və lider “Barselona”dan cəmi 1 xal geri qalır.

