15 İyun 2026
İdman

İki boksçumuz dünya çempionatında mərhələ adladı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir.

İdmanxeber.az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.

Avropa çempionumuz Sübhan Mamedov (48 kiloqram) debütdə Joey Kanoyla (Filippin) qarşılaşıb. Boksçumuz üçüncü raundda rəqibinə tam üstünlüklə qalib gəlib. Mamedov 1/8 finalda ilk mərhələdən azad olan Mehron Şafiyevlə (Tacikistan) döyüşəcək.

Zaur Qəhrəmanov (67 kiloqram) da startda qələbə qazanıb. O, Şeyx Sarrı (Qambiya) ilk raundda məğlub edib. Boksçumuz 1/8 finalda Tomas Kasazzanı (Argentina) sınağa çəkəcək.

Dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43