26 İyul 2026
Ölkə futbolu

Millimizin futbolçusu “Beşiktaş”a keçir? – Atasından açıqlama

Azərbaycan millisinin üzvü Ozan Can Kökçü karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İddia edilir ki, “Beşiktaş” klubu futbolçunun xidmətində maraqlıdır. İstanbul nəhənginin transfer üçün hərəkətə keçdiyi vurğlanıb.

Məsələ ilə bağlı Kökçünün atası Halis Kökçü yerli mətbuata açıqlama verib. O, iddialarla bağlı belə deyib:

“Ozan “Volendam”ın futbolçusudur. “Beşiktaş”la Ozan barədə heç bir danışıq aparılmayıb. Yayılan xəbərlər əsassızdır.”

Xatırladaq ki, azərbaycanlı oyunçunun qardaşı Orkun Kökçü “Beşiktaş”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43