25 İyul 2026
Ölkə futbolu

“Qarabağ” futbolçusuna qiymət qoydu – 7 milyon 

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski “Borussiya”ya transfer olmağı düşünmür.

İdmanxeber.az Polşa mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu qolkiper üçün 7 milyon avro tələb edir. Dortmund təmsilçisi  bu məbləği ödəyə bilsə də, transfer tərəflər üçün prioritet deyil.

Koxalski özünü Azərbaycanda rahat hiss edir və 2025/26 mövsümünün sonuna qədər “Qarabağ”da qalmaq istəyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43