25 İyul 2026
Ölkə futbolu

Bu da son! Rüfət Abdullazadənin yeni klubu bilindi!

Xorvatiyanın “Varajdin” klubunda çıxış edən Rüfət Abdullazadə karyerasını Azərbaycanda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Zirə” ilə anlaşıb. O, mövsümün sonuna qədər icarə əsasında qəsəbə təmsilçisində çıxış edəcək.

Xatırladaq ki, Abdullazadə yayda “Varajdin”lə 3 illik müqavilə bağlamışdı. O, bu müddətdə 10 oyunda 1 qol və 2 assistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43