27 İyul 2026
Ölkə futbolu

Danirmarka millisinin Bakıya gələcək heyəti açıqlandı

Futzal üzrə Danimarka millisinin Azərbaycanla Bakıda keçirəcəyi yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, rəqibin baş məşqçisi Nikolay Saabye 14 futzalçıya dəvət göndərib.

Bunlar Tobias Venq, Ruben Vinter, Mikel Foqed, Mohammed Yussef, Mads Folk, Tim Viese, Emil Skott, Nikolay Yaqerqaad, Villiam Rams, Zlatan Henic, Oliver Borstinq, Villiam Qantzhorn, Niklas Fuçs-Kristiansen və Kornelius Ambek-Noqqaarddır.

Azərbaycan millisi yanvarın 22-də və 24-də Danimarka yığması ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43