27 İyul 2026
Dünya futbolu

“Fənərbağça” qapıçısını göndərdi – RƏSMİ

Türkiyənin “Fənərbağça” klubu qapıçısı İrfan Can Eyribayatı icarəyə göndərib.

İdmanxeber.az xəbər verir ki, 27 yaşlı qolkiper mövsümün sonunadək “Samsunspor”da çıxış edəcək. Super Liqa təmsilçisi mövsümün sonunda 1,2 milyon avro ödəməklə futbolçunun transfer hüquqlarını ala bilər.

Qeyd edək ki, İrfan Can bu mövsüm “Fənərbağça”da 6 oyunda forma geyinib və 7 qol buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43