Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “İmişli” hazırlıqlarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi baxışa əcnəbi futbolçular dəvət edib. Kolumbiyadan olan 5 oyunçu hazırda klubun düşərgəsindədir.
20-21 yaşlı futbolçuların həvəskar səviyyədə olduğu bildirilir. Baş məşqçi Jorje Kaşkilya isə buna kəskin etiraz edib.
O, bu futbolçuların haradan gəldiyi ilə maraqlanıb. Portuqaliyalı mütəxəssis bu cür həvəskar səviyyəli oyunçuları düşərgədə görmək istəmir.
O, komandada hazır, karyeralı və peşəkar futbolçular istəyir. Kaşkilya rəhbərliyin kluba belə yanaşmasından ciddi narazılıq edib.
Xatırladaq ki, rəhbərlik daha öncə də baxışa I və II Liqa klublarından oyunçular dəvət etmişdi.

