Bu gün Azərbaycan kubokunda 1/4 finalın ilk oyunlarına yekun vurulacaq.
İdmanxeber.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə “Qarabağ” “Şamaxı”nın qonağı olub. Görüş ev sahibinin qələbəsilə başa çatıb – 2:1.
Günün 2-ci matçında “Turan Tovuz” “Kəpəz”i məğlub edib – 1:0.
Azərbaycan kuboku, 1/4 final, ilk oyunlar
5 fevral
14:30. “Şamaxı” – “Qarabağ” 2:1
Qollar: Kərim Rossi,26 (1:0), 41 (2:0), Musa Qurbanlı, 79 (2:1)
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.
VAR: Rauf Cabarov.
AVAR: Emin Əliyev.
Şamaxı şəhər stadionu
19:00. “Turan Tovuz” – “Kəpəz” 1:0
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
“Azərsun Arena”

