17 İyul 2026
Ölkə futbolu

“Neftçi” millimizin üzvünə müqavilə təklif etdi – Cavab gözləyir

“Neftçi” gənc futbolçusu Murad Məmmədovun müqaviləsini uzatmaq niyyətindədir.

İdmanxeber.az-a verilən məlumata görə, “ağ-qaralar” oyunçuya yeni sözləşmə təklif edib. Rəhbərlik Məmmədovu əldən buraxmaq niyyətində deyil.

Hələlik futbolçu müqavilə ilə bağlı konkret qərarını verməyib. Oyunçunun klubdan maaş gözləntisi yüksəkdir. Bu səbəbdən də hələ ki, tərəflər yeni müqaviləyə qol çəkməyib.

Xatırladaq ki, U-21 millimizin də üzvü olan futbolçunun “Neftçi” ilə sözləşməsi yayda başa çatır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43