“İnter” “Tottenhem”in qapıçısı Qulyelmo Vikarionu transfer etmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, Milan klubu 29 yaşlı qolkiperi Yann Zommerin əvəzləyicisi kimi nəzərdən keçirir.
Bildirilir ki, Vikario da “İnter”ə keçməyə müsbət yanaşır. O, bu mövsüm “Tottenhem”in heyətində 34 rəsmi oyunda meydana çıxıb.

