“Tottenhem” Randal Kolo-Muani ilə yollarını ayırmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, London klubu fransalı hücumçunun icarə müddəti başa çatdıqdan sonra onu PSJ-dən transfer etməyəcək.
Bildirilir ki, 27 yaşlı futbolçu qışda komandadan ayrılmaq istəsə də, bu baş tutmayıb. Kolo-Muani az oyun şansı səbəbindən Fransa millisinin dünya çempionatı heyətinə düşmək ehtimallarından narahatdır.
O, bu mövsüm 26 matçda 3 qol və 3 assistlə yadda qalıb.

