“Qalatasaray” rəhbərliyi Lukas Torreyranın maaşında artım etmək üçün rəsmi addımlar atmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, uruqvaylı yarımmüdafiəçinin illik məvacibi hazırda 5 milyon avro qazanan Barış Alper Yılmazla eyni səviyyəyə çatdırılacaq.
“Sarı-qırmızılılar” Torreyranın müqaviləsinin uzadılmasını hədəfləyir və futbolçunu klubun uzunmüddətli planlarında vacib fiqur kimi görür.

