“Tottenhem” 27 yaşlı amerikalı futbolçu ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, “Milan” yay transfer pəncərəsində Pulişiçi təxminən 55 milyon avro qarşılığında satmağa hazırdır.
Pulişiç 2023-cü ilin yayında “Çelsi”dən 20,8 milyon avroya transfer olunub.
O, bu mövsüm bütün turnirlərdə 20 oyunda 10 qol və 2 assistlə yadda qalıb. Futbolçunun “Milan”la müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

