“Qalatasaray” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Yuventus”la görüşə ciddi itki ilə çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, Mario Lemina zədə səbəbindən bu matçı buraxacaq. Qabonlu yarımmüdafiəçinin cavab görüşünə qədər hazır olacağı gözlənilir.
Lemina cari mövsüm İstanbul təmsilçisinin heyətində 27 rəsmi oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Qalatasaray” – “Yuventus” görüşü fevralın 17-də, Bakı vaxtı ilə saat 21:45-də başlayacaq

