02 İyul 2026
Dünya futbolu

“Çelsi” 114 il sonra bunu təkrarladı

“Çelsi” İngiltərə Premyer Liqasında növbəti uğursuz nəticə ilə yadda qalıb.

İdmanxeber.az-ın məlumatına görə, London klubu XXXIV turda “Brayton”a 0:3 hesabı ilə uduzaraq, 114 il sonra ilk dəfə ardıcıl 5 oyunda qolsuz məğlubiyyət seriyası yaşayıb.

Bu oyundan əvvəl “Çelsi” “Mançester Yunayted” (0:1), “Mançester Siti” (0:3), “Everton” (0:3) və “Nyukasl” (0:1) qarşılaşmalarında da uduzub.

“Zadəganlar” hazırda 48 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43