03 İyul 2026
Ölkə futbolu

“Sabah” – “Qarabağ” matçının bütün biletləri satıldı

“Sabah” Bizon Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində öz meydanında “Qarabağ”ı qəbul edəcək.

İdmanxeber.az xəbər verir ki, “Bank Respublika Arena”da keçiriləcək matçın bütün biletləri satılıb. Bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Sabah” – “Qarabağ” qarşılaşması bu gün keçiriləcək və saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43