“Qalatasaray” yarımmüdafiəni gücləndirmək üçün “Yuventus”un futbolçusu Tyon Koopmeynersi hədəfə alıb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu niderlandlı oyunçu üçün 30 milyon avro təklif etməyə hazırdır. 28 yaşlı dayaq yarımmüdafiəçisi ilə “Mançester Yunayted” də maraqlanır.
Koopmeyners bu mövsüm “Yuventus”da 40 oyunda 2 qol və 1 assist edib. Onun müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

