“Mançester Yunayted” “Atalanta”nın yarımmüdafiəçisi Edersonun keçidini tamamlamağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər transferin əsas şərtləri üzrə razılıq əldə ediblər. Braziliyalı futbolçu yaxın günlərdə tibbi müayinədən keçəcək. Daha sonra müqavilənin rəsmən açıqlanacağı gözlənilir.
Transfer məbləğinin bonuslarla birlikdə 45 milyon avroya çatacağı bildirilir. Edersonun 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atacağı qeyd olunur.
26 yaşlı futbolçu yeni baş məşqçi Maykl Kerrikin ilk transferi olacaq.

