“Arsenal” mövsümün başa çatmasının ardından bir sıra futbolçularla yollarını ayırıb.
İdmanxeber.az xəbər verir ki, London klubunun yaydığı rəsmi açıqlamada 15 oyunçunun komandadan ayrılacağı bildirilib. Onların müqavilələrinin müddəti cari ayın sonunda başa çatacaq.
Klub bəzi futbolçularla yeni müqavilə danışıqlarını davam etdirir. Bununla yanaşı, yay transfer pəncərəsində yeni oyunçuların alınması planlaşdırılır.
Mikel Artetanın rəhbərlik etdiyi komandanın bir neçə mövqeyə güclənmək istədiyi qeyd olunur. “Arsenal”ın yaxın günlərdə ilk transferlərini açıqlayacağı gözlənilir.

