05 İyun 2026
Dünya futbolu

Yeni baş məşqçi istədi – “Liverpul” danışıqlara başladı 

“Liverpul” “Leypsiq”in cinah oyunçusu Yan Diomandenin transferi istiqamətində addımlar atır.

İdmanxeber.az-ın məlumatına görə, mersisaydlılar futbolçunun keçidi ilə bağlı Almaniya klubu ilə ilkin təmaslar qurub. Yeni baş məşqçi Andoni İraola hücum xəttini gücləndirmək niyyətindədir. Klub rəhbərliyi Diomandeni əsas transfer hədəflərindən biri hesab edir.

Mənbənin iddiasına görə, futbolçuya Avropanın bir neçə nəhəngi də maraq göstərir. “Leypsiq” isə yalnız yüksək məbləğ qarşılığında oyunçunu buraxmağa hazırdır.

20 yaşlı futbolçunun klubu ilə uzunmüddətli müqaviləsi var. Buna baxmayaraq, “Liverpul” transferi reallaşdırmaq üçün danışıqları davam etdirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43