“Nyukasl” AIK-ın cinah oyunçusu Zadok Yohannanı transfer etmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi futbolçu üçün 24 milyon avroluq təklif göndərib. Klub rəhbərliyi 18 yaşlı oyunçunu gələcəyin ulduzlarından biri hesab edir.
İsveç klubu təklifi nəzərdən keçirir. Futbolçunun özü isə daha güclü liqada oynamağa isti baxır.
Danışıqların yaxın günlərdə sürətlənəcəyi gözlənilir. Transfer baş tutacağı halda, Yohanna klub tarixinin ən bahalı satışlarından birinə çevriləcək.

