09 İyun 2026
Dünya futbolu

“Yuventus” argentinalı qapıçı ilə maraqlanır

“Aston Villa”nın qapıçısı Emiliano Martines karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, A Seriyası nəhəngi “Yuventus” argentinalı qolkiperin transferində maraqlıdır. Məlumata görə, Turin təmsilçisi yaxın günlərdə futbolçunun nümayəndələri ilə danışıqları sürətləndirməyi planlaşdırır və Martines də bu keçidə müsbət yanaşır. 

33 yaşlı qapıçı 2020-ci ildən “Aston Villa”da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 44 oyunda meydana çıxıb və qapısında 49 qol görüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43