“Çelsi”nin müdafiəçisi Mark Kukurelya karyerasını İspaniyada davam etdirməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, ispan futbolçunun rəhbərliyə “Barselona”ya keçmək istədiyini bildirdiyi iddia olunur. Kataloniya klubu sol cinah müdafiəsini gücləndirməyi planlaşdırır.
London təmsilçisi isə yalnız uyğun maliyyə təklifi olacağı halda futbolçunun ayrılığına razı olacaq. Danışıqların ilkin mərhələdə olduğu qeyd edilir.
Futbolçunun özü transferin baş tutmasında maraqlıdır.
Tərəflər arasında əlaqələrin davam etdiyi bildirilir.

