“Şəfa” yay transfer pəncərəsində növbəti transferini reallaşdırıb.
İdmanxeber.az-ın məlumatına görə, müdafiəçi Murad Musayevlə müqavilə imzalanıb. Anlaşmanın müddəti 1 illikdir.
Qeyd edək ki, 31 yaşlı futbolçu karyerasının böyük hissəsini “Qəbələ”də keçirib. O, eyni zamanda “Zirə”, “Şüvəlan” və “Səbail”in heyətində də çıxış edib.

