Azərbaycanın gənc futbolçusu Murad Məmmədov karyerasını Kiprdə davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı vinger Kiprin “Pafos” klubu ilə 2030-cu ilin iyun ayınadək nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayıb.
“Pafos”un rəsmi açıqlamasında bildirilib ki, Murad Məmmədov “Neftçi” akademiyasının yetirməsidir və klubun bütün yaş qruplarından keçərək peşəkar futbola yüksəlib. O, Azərbaycan futbolunun ən perspektivli gənc oyunçularından biri hesab olunur.
2006-cı il təvəllüdlü futbolçu eyni zamanda Azərbaycanın U-21 millisinin üzvüdür və beynəlxalq arenada ölkəsini təmsil edir.
Kipr təmsilçisi Muradın transferinin klubun gənc və istedadlı futbolçulara yatırım strategiyasının bir hissəsi olduğunu vurğulayıb və ona yeni komandasında uğurlar arzulayıb.

