15 İyun 2026
Ölkə futbolu

Türkiyə klubu millimizin futbolçusunu transfer etmək istəyir

Albaniyanın “Partizani” klubunda çıxış edən Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.az “Vanspor Dijital”a istinadən xəbər verir ki, “Vanspor” futbolçu ilə maraqlanır. I Liqa təmsilçisi millimizin üzvü ilə yaxın günlərdə danışıq aparmaq istəyir.

Vüsal İsgəndərli 2025-ci ilin yayından “Partizani”də çıxış edir. O, Albaniya təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43