15 İyun 2026
Ölkə futbolu

“Kəpəz”də qeyri-müəyyənlik: Gəncəyə bu şərtlər atlında getmək istəmir

“Kəpəz”in azərbaycanlı baş məşqçi Arif Əsədovla danışıq apardığını bildirmişdik. Hətta tərəflərin böyük ölçüdə anlaşdığı da yazılmışdı.

Ancaq tərcübəli mütəxəssisin təyinatı hələ də açıqlanmayıb. Buna səbəb baş məşqçi ilə rəhbərlik arasında yekun razılığın olmamasıdır.

A.Əsədov büdcə məsələsində “Kəpəz”in yeni rəhbərliyinin onünə şərt qoyub. O, 2,5,-3 milyon manatlıq büdcə ilə çalışmaq istəmir.

Təcrübəli çalışdırıcı daha iddialı komanda yaratmaq üçün bu məbləğin yetərsiz olduğunu düşünür. Əsədov rəhbərlikdən minimum 4 milyon manata yaxın maliyyə tələb edir.

Əgər büdcə bu rəqəmdən aşağı olarsa, Əsədov “Kəpəz”ə keçməkdən imtina edəcək. Hazırda tərəflər arasında danışıqlar davam edir. Yaxın günlərdə məsələnin həllini tapacağı gözlənilir.

İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43