“Səbail” baş məşqçisi Adil Şükürovla yollarını ayırıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
I Liqa təmsilçisi Şükürovun başa çatan müqavilə müddətini artırmayıb.
Adil Şükürov ötən ilin noyabrından “Səbail”ə baş məşqçi təyin edilmişdi.

