Türkiyənin “Fənərbağça” klubu yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi komandanın sükanı arxasına İsmail Kartalı gətirib. Təcrübəli mütəxəssis bununla da karyerasında dördüncü dəfə “sarı-lacivərtlilər”i çalışdıracaq. Klub rəhbərliyi yeni mövsümdə çempionluq hədəfinə çatmaq üçün məhz Kartala etibar edib. Onun köməkçisi komandanın sabiq üzvü Dirk Kuyt olacaq.
63 yaşlı çalışdırıcı daha əvvəl də “Fənərbağça”da uğurlu nəticələri ilə diqqət çəkib. O, 2023/24 mövsümündə komandanı 99 xal toplamasına baxmayaraq, çempion edə bilməmişdi. Son olaraq İranın “Persepolis” klubunda çalışan Kartal yenidən Türkiyə nəhənginə qayıdıb.
Qeyd edək ki, İsmail Kartal daha əvvəl üç müxtəlif dövrdə “Fənərbağça”nın baş məşqçisi olub.

