“Real” yay transfer pəncərəsində növbəti ciddi addımını atıb.
İdmanxeber.az-ın məlumatına görə, İspaniya nəhəngi “Liverpul”un fransalı müdafiəçisi İbrahima Konaténi heyətinə qatıb. 27 yaşlı futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalandığı bildirilir.
Konate “Liverpul”da keçirdiyi 5 mövsümdə Premyer Liqa və digər titullar qazanmışdı. Transferin azad agent statusu ilə baş tutduğu qeyd olunur.
Madrid klubu yeni mövsümdə müdafiə xəttini gücləndirməyi əsas hədəflərdən biri kimi görür.

