Şotlandiyanın “Seltik” klubunun yarımmüdafiəçisi Arne Engels transfer bazarında diqqət mərkəzinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, “Kristal Pelas” futbolçu uğrunda mübarizəyə qoşulub. Daha əvvəl “Nottingem Forest” da belçikalı oyunçu ilə maraqlanırdı.
Engels ötən mövsüm 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer qiymətinin təxminən 25 milyon funt olduğu bildirilir.
Futbolçu ilə “Napoli” və “Latsio”nun da maraqlandığı qeyd olunur.

