18 İyun 2026
Ölkə futbolu

Cahangir Fərəcullayev UEFA-da komitə üzvü təyin edildi 

AFFA-nın baş katibi Cahangir Fərəcullayev UEFA Marketinq Məsləhət Komitəsinin üzvü təyin edilib.
İdmanxeber.az-ın məlumatına görə, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C. Fərəcullayev sözügedən komitədə fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi UEFA Komitələri və Ekspert Panellərinin tərkibini müzakirə edib və qitə futbol qurumuna üzv assosiasiyalar tərəfindən təqdim edilən namizədlər əsasında təklif olunan yeni tərkibi təsdiqləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43