19 İyun 2026
Dünya futbolu

“Çelsi” seneqallı futbolçu izləyir

“Everton”un hücumameyilli futbolçusu İliman Ndiaye yay transfer bazarının diqqət mərkəzinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə mətbuatının məlumatına görə, “Çelsi” seneqallı oyunçu ilə maraqlanır. London klubu onu alternativ transfer variantlarından biri kimi nəzərdən keçirir.

Hələlik tərəflər arasında rəsmi danışıqların başlamadığı bildirilsə də, maraq ciddi qiymətləndirilir.

Ndiaye ötən mövsüm Premyer Liqada sabit çıxışı ilə seçilib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43