24 İyun 2026
Ölkə futbolu

“Sabah” azərbaycanlı futbolçu barədə qərarını verdi – Komandada düşünülmür

“Sabah” azərbaycanlı futbolçu Abdulla Rzayevlə bağlı qərarını verib.

İdmanxeber.az-a verilən məlumata görə, müdafiəçi komanda ilə Avstriyada keçirilən yay toplanışına aparılmayıb. O, hazırda düşərgədə deyil.

Bu, Rzayevin məşqçilər heyətinin gələcək planlarına daxil olmadığını göstərir. Baş məşqçi Valdad Dambrauskas bu toplanışda ona ehtiyac duymayıb. “Sabah”la müqaviləsi olan müdafiəçinin növbəti mövsüm hansı klubda olacağı bəlli deyil.

O, bir neçə Premyer Liqa klubunun maraq dairəsindədi. Futbolçu ötən mövsümü icarə əsasında “Turan Tovuz” və “Şamaxı”da keçirib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43