27 İyun 2026
Ölkə futbolu

Zakaria het-trik etdi, “Qarabağ” darmadağınla qazandı 

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yerli “Tirol” klubu ilə üz-üzə gəlib.

“In Gernot Langes” stadionunda təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Qarabağ” Avstriyada daha iki hazırlıq matçı keçirəcək. Ağdam təmsilçisi Ukraynanın “Xarkov” və Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşacaq.

Yoxlama matçı

“Tirol” – “Qarabağ” 0:4

Qollar: Zakaria Savo,42, 54, 56,  Kamilo Duran, 51


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43