“Bavariya” Fransanın “Lill” klubunda çıxış edən Ayyub Buaddi uğrunda mübarizəyə qoşulub.
İdmanxeber.az-ın məlumatına görə, Almaniya çempionu 18 yaşlı yarımmüdafiəçini gələcəyin ən perspektivli futbolçularından biri hesab edir. Lakin futbolçu ilə “Arsenal”, “Mançester Siti” və “Mançester Yunayted” də yaxından maraqlanır.
“Lill”in bu transferdən 80-100 milyon avro gəlir əldə etmək istədiyi bildirilir.
Buaddi ötən mövsüm bütün turnirlərdə 47 oyunda meydana çıxıb, 4 qol vurub və 8 məhsuldar ötürmə edib.
Fransa klubu futbolçunun satılacağı təqdirdə daha bir mövsüm icarədə komandada qalmasını istəyir

