29 İyun 2026
Ölkə futbolu

Elgiz Kərəmli Premyer Liqa klubunun təklifini niyə geri çevirdi? – AÇIQLAMA

“Şəfa”nın sabiq baş məşqçisi Elgiz Kərəmlinin karyerasını Premyer Liqada davam etdirmək imkanı olub.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “İmişli” klubu gənc mütəxəssisə təklif göndərib. Rəhbərlik Kərəmlini yaxın günlərdə rəsmən açıqlanacaq baş məşqçi Fərid Namazovun köməkçisi kimi görmək istəyib.

Tərəflər arasında danışıqlar da baş tutub. Ancaq razılıq əldə olunmayıb.

Bu barədə gənc mütəxəssisin fikirlərini öyrəndik. O, saytımıza verdiyi açıqlamada bölgə klubundan təklif aldığını təsdiqlədi:

“Bəli, belə bir söhbət var idi. Əvvəlcə müsbət yanaşsam da, sonradan düşündüm ki, karyeramı baş məşqçi kimi davam etdirim. “İmişli” rəhbərliyinə mənə göstərdikləri etimada görə təşəkkür edirəm”

Xatırladaq ki, Elgiz Kərəmli ötən mövsüm Azərbaycan I Liqasında “Şəfa” ilə Premyer Liqaya vəsiqə qazansa da, daha sonra klub onunla yollarını ayırdığını açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43