“Araz-Naxçıvan” son iki mövsümdə komandanın heyətində çıxış edən İssouf Paro ilə yeni müqavilə imzalayıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Burkino Fasodan olan mərkəz müdafiəçisi 2026-2027-ci illər mövsümündə də “qırmızı-ağların”ın formasını geyinəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov və Luka Dumançiçi transfer edib.

