30 İyun 2026
Dünya futbolu

“Mançester Siti” “Çelsi”nin futbolçusu ilə anlaşdı

“Mançester Siti” “Çelsi”nin sağ cinah müdafiəçisi Malo Qustonu transfer etmək üçün danışıqlara başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda 23 yaşlı fransalı futbolçunun nümayəndələri ilə ilkin razılıq əldə etdiyi bildirilir. Hazırda klublar arasında transfer məbləği ilə bağlı danışıqlar davam edir.

“Çelsi” futbolçunu təxminən 75 milyon funt sterlinqə dəyərləndirir.  Qusto ötən mövsüm bütün turnirlərdə 47 oyunda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43