Portuqaliya millisinin hücumçusu Qonçalo Ramos karyerasını İtaliyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, “Milan” 25 yaşlı futbolçunun transferini açıqlayıb və onunla 5 illik müqavilə imzalayıb. Transferin dəyəri bonuslarla birlikdə 70 milyon avronu ötür.
Ramos son üç mövsümü PSJ-də keçirib, bütün turnirlərdə 131 oyunda 45 qol vurub və komanda ilə çoxsaylı titullar qazanıb. “Milan” rəhbərliyi bu keçidin yay transfer dövrünün ən vacib addımlarından biri olduğunu bildirib.

